Bakının Sabunçu rayonunda 2 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Qəza nəticəsində 21 yaşlı Elcan Hüseynov və 20 yaşlı Elmi Məmmədli xəsarət alıblar. Zərərçəkənlər təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.