Suraxanı rayonunda kişi qəsdən tanışı olan qadını öldürüb. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
37 yaşlı Səbuhi Hüseynov aralarında yaranan mübahisə zamanı 46 yaşlı Könül Cəfərovanı paltarla boğaraq öldürüb. S.Hüseynov daha sonra polis şöbəsinə gələrək təslim olub.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.