Türkiyənin məşhur teleşousu buraxılışını Bakıda çəkib. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az proqrama istinadən xəbər verir.
Kulinariya şousu olan “MasterChef Türkiye” proqramı növbəti buraxılışını Bakıda çəkib. Çəkilişlər dağüstü parkda, Bakının panoram görünüşü fonunda aparılıb. Proqramda komandalar Azərbaycanın milli kulinariya nümunələrindən müxtəlif yeməklər hazırlayıblar.
Veriliş çərçivəsində Azərbaycan təamları və onların hazırlanma texnologiyalarından bəhs edilir, eləcə də Qarabağın füsunkar mənzərələrindən kadrlar təqdim olunur.