Bakının Ziya Bünyadov prospektində 2 avtomobil toqquşub. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Hadisə Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində baş verib. “Nissan” markalı avtomobil “Stop” işarəsinə məhəl qoymayaraq kəsişməyə daxil olub. Bu zaman əsas yoldan gələn “Toyota Prius” birinci avtomobillə toqquşub. Nəticədə “Prius” aşıb.
Faktla bağlı araşdırma aparılır.