Bakının Ziya Bünyadov prospektində 2 avtomobil toqquşub. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.

Qəza “Xutor” yaşayış massivinin yaxınlığındakı tunelin çıxışında qeydə alınıb. Nəticədə metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaşanır.

Hazırda sıxlığı aradan qaldırmaq üçün əraziyə polis əməkdaşları cəlb olunublar. Qəza zamanı xəsarət alanların olub-olmadığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.