Şağan Olimpiya İdman Kompleksində 16 yaşlı yeniyetməni öldürən gəncin şikayətinə baxılıb. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.

Ruslan Səfixanovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Məhkəmənin qərarı ilə Ruslanın şikayəti təmin olunmayıb.

Hökmə əsasən, Ruslan Səfixanov  16 yaşlı Turan Rüstəmovu bıçaqlayaraq öldürdüyünə görə 19 il müddətinə azadlıqdan məhrum edilib.