Aşıq Ələsgərin tunc abidəsinin tökülməsi prosesi yekunlaşmaq üzrədir. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Abidənin metal (bürünc) hissələrinin tökülməsi prosesi 10 gün ərzində yekunlaşacaq.
“Bundan sonra digər hissələr yığılacaq. Biz bu prosesi sentyabrın sonuna qədər başa çatdırmağı planlaşdırırıq”, – Azərbaycan Rəssamlar İttifaqının nəzdində İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov məlumat verib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi Aşıq Ələsgərin abidəsinin yaradılması ilə bağlı müsabiqə təşkil edib. Heykəltaraş, xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olub. Abidənin memarı Malik Babayevdir.
Heykəlin Rəşid Behbudov və Abbasqulu Ağa Bakıxanov küçələrinin kəsişməsində yerləşən parkda quraşdırılması planlaşdırılır.