Aeroport yolunda qəza baş verib. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.

Hadisə şosenin Heydər Əliyev prospekti istiqamətində baş verib. Zəncirvari qəza nəticəsində 3-dən artıq avtomobilə ziyan dəyib.  Ərazidə sıxlıq yaranıb. Xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.