Bakıda keçirilən “Müqəssir zövq” sərgisi çərçivəsində sentyabrın 1-də “Bayağı vs (versus) Zövq” adlı tədbir baş tutacaq. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az məlumat verir.
Görüş “Re-View” təhlil-müzakirə layihəsinin bir hissəsi kimi nəzərdə tutulub. Tədbirdə “Müqəssir zövq” sərgisinin analizi aparılacaq.
Müzakirəni Azərbaycan Milli İncəsənət Muzeyi Məktəb bölməsinin rəhbəri, sənətşünas və tənqidçi Mənsurə Məmmədəliyeva və sənətşünas, rəssam və kurator Ülkər Əliyeva aparacaqlar.
Tədbirdə zövq və bayağılıq anlayışları, zövq və ya zövqsüzlüyün hansı sosial və individual meyarlara əsaslanaraq ölçülməsi kimi bir çox mövzulara nəzər yetiriləcək.
Görüş saat 20:00-da “ARTIM” Layihə Məkanında Azərbaycan dilində keçiriləcək.
Giriş sərbəstdir, yerlərin sayı məhduddur. Əlavə məlumat üçün: 012 5052323.