Bakıda təcridxanaya telefon keçirmək istəyən qadın saxlanılıb. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az Penitensiar Xidmətin rəsmi saytına istinadən məlumat verir.
Nizaməddin Ağayevin anası Xatəmə Ağayeva oğlunun yanına görüşə gəlib. Onun gətirdiyi sovqata baxış keçirilən zaman orada – qazanın içərisində 2 mobil telefon aşkar olunub.
Faktla bağlı araşdırmaya başlanılıb.