Bakıda havada dəm qazının miqdarı normadan artıq olub. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.

Gün ərzində Bakıda dəm qazının miqdarı normadan 1,4 dəfə, azot oksidi-4 1,3 dəfə çox olub.

ETSN-dən verilən məlumata görə, buna səbəb nəqliyyatın intensiv xarakter daşıması, sənaye müəssisələrinin, o cümlədən insan amili ilə bağlı fəaliyyətlərin olmasıdır.