Bakının Nəsimi rayonunun A. Məhərrəmov küçəsindəki binalardan birinin qarşısında intihar baş verib. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Həmin binada yaşayan 58 yaşlı T.Həsənov gecə saatlarında özünü ağacdan asıb.
Həsənov əmlak alqı-satqısı ilə məşğul olub. Onun hansı səbəbdən özünə qəsd etməsi məlum deyil. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.