Bakıdan Zərdab rayonunun Təzəkənd kəndində yaşayan nənəsigilə qonaq gedən yeniyetmə qız Kür çayında batıb. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
14 yaşlı Bakı sakini Əsma Müzəffərli çayın kənarında şəkil çəkmək istəyərkən ehtiyatsızlıqdan suya düşərək boğulub.
Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunublar. Onun meyitinin axtarışları davam etdirilir.