Bakının Səbail və Xəzər rayonunda iməciliklər keçirilib. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az məlumat verir.
Səbaildə prospekt və küçələrdə, park və xiyabanlarda ümumi təmizlik işləri aparılıb. Həmçinin yeraltı piyada keçidləri, səkilər, bordürlər, işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, binaların fasadları, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlər, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulub, ağaclar budanaraq onlara xüsusi qulluq göstərilib.
Xəzər rayonundakı parklarda və istirahət guşələrində, prospekt və küçələrdə, səki kənarlarında alaq otlarının vurulması, məişət tullantılarının atıldığı konteyner və meydançaların ətrafının təmizlənməsi, eləcə də digər təmizlik işləri görülüb. Ərazidə ağaclar və kollar budanıb, qurumuş ağaclar vaxtında ərazidən götürülüb, çəmənlik və ağaclar suvarılıb.