Bakı Zooloji Parkında uşaqlar üçün tədbir keçiriləcək. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az Zooloji Parka istinadən xəbər verir.

“Ətraf mühiti əylənərək öyrən!” adlı proqramda azyaşlılar ətraf mühitdə baş verən ekoloji problemlər haqqında məlumatları ingilis dilində öyrənərək, onların həlli yolları ilə tanış olacaqlar. Eyni zamanda uşaqlar maarifləndirici oyunlara və sual-cavablara qoşularaq bu sahədə biliklərini artıracaqlar.

Tədbir  27 avqust saat 13:00-da baş tutacaq. İştirak tam ödənişsizdir.