Bakıda futbol üzrə Azərbaycan – Belçika oyunu baş tutacaq. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az xəbər verir.

Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan futbol millisi Belçikanın yığma komandası ilə qarşılaşacaq. Bu, millilərin birinci oyunu olacaq.

Matç 9 sentyabr saat 17:00-da Dalğa Arena stadionunda baş tutacaq. Biletlər artıq satışdadır. Qiymətlər 5-50 AZN arasında dəyişir.

Növbəti oyunun noyabr ayında keçirilməsi planlaşdırılır.