Bakının Binəqədi rayonunda narkotik alverinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı şübhəli bilinən Bakı şəhər sakini O.Ağayev saxlanılıb. Onun üzərindən 2 kiloqramdan artıq heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.