Bakının Binəqədi rayonunda avtomobil yoluna şiferlər dağılıb. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verir.
Hadisə rayonun eyniadlı qəsəbəsində qeydə alınıb. “KamAz” markalı yük maşınının qoşqusundan yolun hərəkət hissəsinə dağılmış inşaat materialları sıxlığa səbəb olub.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Yaranmış maneə yoldan götürülüb və hərəkət tam bərpa edilib.