Bakının Dübəndi qəsəbəsində gecə qaçışı keçiriləcək. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.

“Dübəndi Gecə Qaçışı” adlı idman tədbiri Xəzər rayonunun Dübəndi sahilindəki “Qoltuk” çimərliyində olacaq. Qaçış 16 sentyabr tarixində saat 18:00 – 22:30 arası baş tutacaq.

Biletləri İticket kassalarından, həm də onlayn əldə edə bilərsiniz. Qiymətlər 15-23 manat arası dəyişir.