Bakıda məktəb direktoru vəzifəsindən azad olunub. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

160 nömrəli Klassik gimnaziyanın 76 yaşlı direktoru Faina Ələkbərova işdən azad olunub. Onun əmək müqaviləsinin müddəti bitib.

Əməkdar müəllim, III dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş F.Ələkbərova 33 ildir sözügedən vəzifədə çalışırdı. O, adıçəkilən gimnaziyada təhsil alıb, daha sonra həmin məktəbdə çalışmışdır.