Heydər Əliyev prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.

Hadisə Heydər Əliyev Mərkəzinin yanında baş verib. Qəfil zolaq dəyişən avtomobil səbəbindən digər nəqliyyat vasitəsi idarəetməni itirib və digər yola çıxaraq 3-cü maşına çarpılıb. Nəticədə ərazidə sıxlıq yaranıb.

Araşdırmalar davam edir.