Bakıda koronavirusa yoluxmuş xəstələrə yardım göstərən tibb işçilərinin maaşlarına əlavə ödənişlərin müddəti uzadılıb. Bu baradə bu gün, 26 avqust tarixində müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində COVID-19-a yoluxmuş xəstələrə ambulator yardım göstərən tibb işçilərinin əməkhaqlarının təxirəsalınmaz artımının müəyyən edilməsi haqqında” qərarda dəyişiklik edilir.

Qərara əsasən, müavinətin ödənilməsi müddəti 2023-cü il oktyabrın 2-dək uzadılıb.

Daha öncə bu müddət iyulun 1-dək uzadılmışdı.