Aparıcı Tarix Əliyev (Tolik) ona qarşı dələduzluq edən şəxsin polis tərəfindən saxlanıldığını bildirib. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az məlumat verir.
Aparıcının sözlərinə görə, onu aldadan “qrafist”in mənimsədiyi məbləğ də alınaraq qaytarılıb.
“DİN-in bütün əməkdaşlarına təşəkkür edirəm. Şikayətim böyük məsələ olmasa da, tez bir zamanda reaksiya verildi. Mənə qarşı dələduzluq edən, pulumu alıb, işini təhvil verməyən “qrafist” tapıldı. Həm mənə qaytarmadığı məbləğ, həm də qanun qarşısında izahatı alındı. Bəzən sosial şəbəkədə düşünürlər ki, kimisə aldatsalar, məsələ elə belə də qalacaq. Amma DİN bu halların qarşısını alır”, – Əliyev öz İnstagram hesabında yazıb.
Tarix Əliyev bir müddət əvvəl bir “qrafist”in ondan 150 manat pul götürdüyünü və bu məbləği geri qaytarmadığını bildirmişdi.
