Suraxanı rayonunun Əmircan qəsəbəsində şəhidin yaşadığı ünvan abadlaşdırılıb. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

I Qarabağ müharibəsi zamanı Daşaltı istiqamətində şəhid olan Nurəli Abdullayevin yaşadığı və onun adını daşıyan küçə təmir olunub. Abadlıq işləri çərçivəsində əraziyə yeni asfalt örtüyü vurulub. Daha sonra müvafiq yol cizgiləri çəkiləcək, nişanlanmalar quraşdırılacaq.

N.Abdullayev 1960-cı ildə anadan olub. O, Əmircan qəsəbəsində təhsil alıb, daha sonra Quru Mayesiz Transformator zavodunda və Suraxanı ayaqqabı fabrikində işləyib. 1992-ci ildə Daşaltı istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun meyitnin qalıqları bir neçə gün əvvəl Şuşa şəhərində tapılıb. O, 30 ildən sonra torpağa tapşırılıb.

Əmircanda şəhidin vaxtı ilə yaşadığı və hazırda adını daşıyan küçə təmir olunub
Foto Suraxanı rayon İcra Hakimiyyətinin rəsmi saytı