Bakının Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.

Binanın 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 15 elektrik sayğacı və çıxış kabeli yanıb.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Mənzillər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.