Rusiyada Bakı hotellərinə tələbat artıb. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Rusiyanın “OneTwoTrip” səyahət planlaşdırma xidmətinin verdiyi məlumata əsasən, cari ilin iyun-avqust aylarında ötən illə müqayisədə Rusiya turistləri Bakı hotellərini 2 dəfə çox axtarırlar.
Ən çox maraq Cənubi Koreyanın paytaxtı Seul şəhərinədir. Siyahıda, həmçinin Tayland, Portuqaliya, İtaliya və Türkiyə var.