Bakının Sabunçu rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.

FHN-in çağrı mərkəzinə bir nəfərin bağlı qapı arxasında qalması ilə bağlı məlumat daxil olub. Əraziyə gələn əməkdaşlar qapını açandan sonra içəridə bir nəfərin cansız bədənini aşkar ediblər.

Cəsəd aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.