Bakı universitetinin məzunu ABŞ-nin 9 ali təhsil məktəbinə qəbul alıb. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir.
İqtisad Universitetinin məzunu Arzu Məmmədzadə fərqli proqramlardan ümumilikdə 1 milyon ABŞ dollarından çox təqaüdlər qazanıb.
Onun qəbul olunduğu universitetlər aşağıdakılardır:
- New York University – Stern School of Business;
- University of Southern California – Marshall School of Business;
- Emory University – Goizueta Business School;
- Rice University – Jones Graduate School of Business;
- Vanderbilt University – Owen Graduate School of Management;
- Washington University – Olin Business School;
- University of Georgia – Terry College of Business;
- Southern Methodist University – Cox School of Business.
A.Məmmədzadə 2017-ci ildə 700 bal toplayaraq ali təhsil ocağına qəbul olunmuşdur. Universitetin III kursunda ABŞ səfirliyinin tam təqaüdü ilə 1 semestrlik ABŞ-də təhsil alıb. Bakalavr təhsilindən sonra 3 il Paşa Bankda Maliyyə mütəxəssisi kimi çalışıb.