Yasamal rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasının lifti uzun müddətdir işləmir. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.

Söhbət rayonun Dadaş Bünyadzadə, 15 ünvanından gedir. Belə ki, 17 mərtəbəli binanın bir neçə blokunda lift 4 aydan çoxdur işləmir.

“Deyirlər, nəyisə qırılıb, 4 aydır Çindən gələcək deyirlər, gəlmir. 7-ci mərtəbəyə hamilə qadın necə çıxsın. Hər ay da ödənişini edirik”, – deyə sakinlər şikayət edirlər.

Binaya nəzarət edən şəxs məsələ ilə bağlı bildirib ki, ilftin hissələri zavoddan gəlməlidir, buna da lift idarəsi baxır. 1 həftə ərzində hissələr təhvil verilməlidir.