Xəzər rayonunun Zirə qəsəbəsində təmizlik aksiyası keçirilib. Bu haqda bu gün, 26 avqust tarixində Bakupuls.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.

“Təmiz ölkəm” adlı aksiya çərçivəsində keçirilən tədbirdə Xəzər dənizi sahili 1,5 ton tullantıdan təmizlənib. Burada 150 nəfər iştirak edib.

Aksiyada Ekologiya Nazirliyinin, “Araz” supermarketlər şəbəkəsinin, Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də yerli bələdiyyə nümayəndələri və ekokönüllülər fəallıq göstəriblər.

Zirədə dəniz sahili zibillərdən təmizlənib
Foto ETSN-in rəsmi saytı