QOÇ bürcü

Qoçlar, bu həftə sakit və sabit günlər yaşayacaqsınız. Ailə və ev qayğıları sizi darıxmağa qoymayacaq. Peşəkar sahədə uğurlar qazana bilərsiniz: ideyalarınızı reallaşdırmaq vaxtıdır. Həftəsonu vaxtınızı ailəniz və qohumlarınızla təbiətdə, şəhərdən kənarda, sevdiklərinizlə sakit və xoş ünsiyyətdən həzz alaraq keçirməyə üstünlük verəcəksiniz. Maliyyə sektoruna gəldikdə, ev və ya avtomobil almaq şansınız olacaq, lakin diqqətli olun, fırıldaqçılarla qarşılaşa bilərsiniz. Uğurlu günləriniz 29, 31 avqust, uğursuz gününüz isə 30 avqustdur.

BUĞA bürcü

Bu həftə başınız işə qarışacaq, demək olar ki, yaxınlarınıza vaxt ayıra bilməyəcəksiniz. Bu səbəbdən kişik dava düşə bilər. Həftənin ilk yarısında yaxın çevrədən biri ilə münaqişələr mümkündür. Soyuqdəymədən özünüzü qoruyun: kondisioner sizin düşməniniz olacaq. Eks-sevgiliniz sizə problemlər yarada bilər, onunla keçmişdə olan inciklikləri həll edin. Uğurlu günləriniz 31 avqust, 2 sentyabr, uğursuz gününüz isə 29 avqustdur.

ƏKİZLƏR bürcü

Əkizlər yaxın gələcək üçün planlar quracaqlar: bu, xaricə səfər və ya evlənmək ola bilər. Müdiriyyət sizə vacib tapşırıq verəcək: öhdəsindən gəlsəniz, karyeranızda xoş dəyişikliklər olacaq. Həftənin ikinci yarısında sizi “soyacaqlar”; başınızı “bişirib” hesablar ödətdirəcəklər, sevgiliniz bahalı əşyalar aldıracaq, yaxın dostunuz borc alacaq. Bir sözlə, pulun dadını çıxara bilməyəcəksiniz. Narahat olmayın, həftəsonu bəxt üzünüzə güləcək. Uğurlu günləriniz 2, 3 sentyabr, uğursuz gününüz isə 31 avqustdur.

XƏRÇƏNG bürcü

Həftənin əvvəlində Xərçənglər, xüsusən fiziki güclərində bir qədər azalma hiss edəcəklər. Burada həm yaxşı yuxu, həm də mütəxəssislər tərəfindən seçilmiş pəhriz əlavələrinin, vitaminlərin qəbulu kömək edə bilər. Qabaqda sizi bir sevgi romanı gözləyir: əhəmiyyət vermədiyiniz bir insan sizə çox yaxın olacaq, sizin üçün göydən ulduzu belə gətirməyə hazır olacaq. Maaşınızda cüzi artım gözləyə bilərsiniz. İşdə aktiv olun və gözə girin: sizin işiniz dəyərləndiriləcək və yeni vəzifə veriləcək. Uğurlu günləriniz 31 avqust, 3 sentyabr, uğursuz gününüz isə 1 sentyabrdır .

ŞİR bürcü

Bu həftə maraqlı görüşlər və əyləncələrlə yadda qalacaq. Həftənin ikinci yarısını Şirlər sevgililərinə həsr edəcəklər: romantik anlarla dolu günlər olacaq. Bu ərəfədə risk edərək bahalı alış-verişlər etmək məsləhət görülmür. Cümə axşamı xoş xəbər sizin həyatınızı 180 dərəcə dəyişəcək: arzularınız, nəhayət ki, çin olacaq. Subaylar, gözəlliyə, yaraşığa aldanmayın: maska altında şeytan gizlənir. Sizi tora salıb, “sağacaqlar” və sonda pulsuz, borcun içində qalacaqsınız. Uğurlu günləriniz 29 avqust, 1 sentyabr, uğursuz gününüz isə 3 sentyabrdır.

QIZ bürcü

Qız bürcü bu həftə arı kimi işləyəcək, lakin sonunda bəhrəsini görəcək: varlı olacaqsınız. Çərçənbə axşamı illərdir sizi axtarmayan qohumlar evinizə tökülüşəcəklər: qapınızı bərk-bərk bağlayın, onları maraqlandıran sizin pullarınız olacaq. Həmkarlarınız arasında paxıl insanlar var: onlar sizin ayağınızın altını qazırlar. Narahat olmayın, özləri bu quyua düşəcəklər. Yeni iş və ya vəzifə təklifi ala bilərsiniz. Həftənin sonunda romantik görüşlər yeni və perspektivli münasibətlərə səbəb ola bilər. Uğurlu günləriniz 30, 31 avqust, uğursuz gününüz isə 2 sentyabrdır.

TƏRƏZİ bürcü

Tərəzilər həyatın əsas sahələrində müsbət emosiyaların üstünlük təşkil etməsi baxımından xoş bir həftə keçirəcəklər. Subay qızlar, gəzərkən ayağınızın altına baxmayın! Çünki ayağınız burxulsa, özünüzü sevə biləcəyiniz şəxsin qolları arasında tapa bilərsiniz. Peşəkar nailiyyətlərinizə görə həftənin sonunda mükafatlar və ya bonuslar əldə edə bilərsiniz. Uğurlu günləriniz 28, 31 avqust, uğursuz gününüz isə 1 sentyabrdır.

ƏQRƏB bürcü

Bu həftə başınıza mistik hadisələr gələcək: bu, uzaq qohumunuzdan sərvət əldə etmək və ya lotoreyada böyük məbləğdə pul udmaq şansı ola bilər. Həmçinin subaylar yuxularında gələcək sevgililərini görəcəklər. Xaricə səfər edə biləcəksiniz: xoşbəxtliyinizi orada əldə edəcəksiniz. Pulunuzu balışın altında gizlətməyin, özünüzə xərcləyin və narahat olmayın, çünki ayın sonu xərclədiyiniz məbləğ ikiqat sizə qayıdacaq. Uğurlu günləriniz 29, 30 avqust, uğursuz gününüz isə 3 sentyabrdır.

OXATAN bürcü

Son günlər passivləşən Oxatan bu həftə həyatını 180 dərəcə dəyişməlidir. Özünüzə gəlin! Dünya sizin kim olduğunuzu bilməlidir! Yeni ideyalar, planlar qurun və hamını mat qoyun. Qoy hamı haqqınızda danışsın! Həyatınıza yeniliklər qatın: kurslara yazılın, klublara qoşulun, planınızda səyahət varsa, mütləq gerçəkləşdirin. Yeni insanlar, tanışlıq, ab-hava sizə müsbət təsir edəcək. İşinizdə uğurlar gözlənilir, lakin həftəsonu müdiriyyətlə kiçik problemlər yaşana bilər, çalışın tapşırıqları vaxtında yerinə yetirin. Uğurlu günləriniz 1, 2 sentyabr, uğursuz gününüz isə 28 avqustdur.

OĞLAQ bürcü

Oğlaq bu həftə nostalji hisslər yaşayacaq – məktəb, universitet yoldaşları və ya köhnə dostlarla görüş gözlənilir. Uzun müddətdir arzuladığınız evi və ya əmlakı satın ala biləcəksiniz. Sevgidən qaçan bu bürcün nümayəndəsini həftənin sonunda xoş sürpriz gözləyir: çoxdandır sizdən xoşu gələn biri sevgi etirafı edəcək. Bu dövr sizin varlı olmaq üçün 99% şansınız var! Ağıllı, kreativ birisiniz: beyninizi 100% işlədin və uğura imza atın. Uğurlu günləriniz 31 avqust, 3 sentyabr, uğursuz gününüz isə 29 avqustdur.

DOLÇA bürcü

Bu həftə maddi baxımdan yüksəliş gözlənilir, çox maraqlı və sərfəli layihəyə başlamaq imkanınız olacaq. Sevgi cəbhəsində problemlər yaşana bilər: partnyorunuza qarşı həddindən artıq nəzarət mənfi nəticəyə gətirib çıxarar. Güvənmirsinizsə, niyə onunlasınız? Güvənirsinizsə, onu rahat buraxın və sıxmayın. Həftəsonu təbiət qoynuna çıxmaq sağlamlığınız üçün xeyirli olacaq. Artıq pulunuz varsa, sərmayə yatırın, peşman olmayacaqsınız. Uğurlu günləriniz 30 avqust, 1 sentyabr, uğursuz gününüz gözlənilmir.

BALIQLAR bürcü

Balıqları bu həftə yeni tanışlıqlar gözləyir: bu yeni insanlar gələcəkdə ən dürüst dost olacaqlar və onlarla birgə biznes yaratmaq şansını qazanacaqsınız. Lakin köhnədən “dost” bildiyiniz sizə arxadan bıçaq zərbəsi vura bilər: özünü şübhəli aparan insanlardan vaxtında uzaqlaşın. Bürcün bir çox nümayəndələri qəflətən seçim qarşısında qalacaqlar. Düzgün seçim sizə uğur gətirəcək, ona görə 100 ölçüb, 1 biçin. Sevgilinizlə münasibəti korlamağınız məsləhət görülmür, çünki daha sonra sizə olan sevgi nifrətə çevrilə bilər. Uğurlu günləriniz 28 avqust, 2 sentyabrdır, uğursuz gününüz gözlənilmir.