Bakıda “Natiq Ritm qrupu”nun və məktəbin yaradıcılığının 25 illiyinə həsr olunmuş konsert baş tutacaq. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az xəbər verir.
Tədbir 14 noyabr tarixində saat 20:00-da Opera Studiyasında baş tutacaq. Qiymətlər 15-60 AZN arası dəyişir. Biletləri şəhərin kassalarından və onlayn əldə etmək mümkündür.
Natiq Ritm Qrupu Natiq Şirinov tərəfindən yaradılıb. Qrup müxtəlif ölkədaxili və beynəlxalq müsabiqələrin mükəfatçısı olub. Həmçinin Natiq Şirinov milli musiqi məktəbinin təmsilçisidir.