Bakının Nizami rayonu, “Qara Qarayev” metrosunun yaxınlığında qadın itkin düşüb. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az məlumat verir.

Demensiyadan əziyyət çəkən Surubanat Mahmudova yaşadığı evdən gecə saatlarında çıxaraq geri qayıtmayıb.

Ailə üzvləri məsələ ilə bağlı polisə müraciət ediblər.

Qadının olduğu yer haqda və yaxud digər məlumatı bilənlərdən 055-754-87-29 mobil nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.