Bakı məktəblisi kustar üsulla kondisioner hazırlayıb. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az Bakı şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir.
161 nömrəli tam orta məktəbin IV sinif şagirdi Məhəmməd Vəlili kustar üsulla kondisioner yaratmağa nail olub. Qurğu 2 hissədən ibarətdir və sabit otaq iqliminin saxlanması və isti havanın qəbul edilərək sərinləşdirilməsi funksiyasını icra edir.
Gələcəkdə robot mühəndisi olmaq istəyən M.Vəlili boş vaxtlarında müxtəlif texnologiya və məişət əşyalarının mexanizmini dərindən öyrənərək onu daha təkmilləşdirilmiş formada tətbiq etməyə çalışır.