“20 Yanvar” dairəsi yaxınlığında zəncivari qəza baş verib. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.

“Range Rover” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman eyni istiqamətdə gedən “VAZ- 2107” markalı nəqliyyat vasitəsinə arxadan çarpılıb. Sonuncu isə qarşıda gedən “VAZ-2106” markalı maşınla toqquşub. Nəticədə avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.