Paytaxtın müxtəlif ərazilərindəki zeytun ağaclarına baxış keçirilib, ağaclarda bakterial xəstəlik aşkarlanıb. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

Sözügedən xəstəliklər bəzi ağaclarda quruma və saralmalara səbəb olub. Verilən məlumata görə, xəstəliklər qlobal iqlim dəyişiklikləri səbəbindən əmələ gəlir və İtaliya, İspaniya, Yunanıstan, Türkiyədə xeyli zeytun ağacı xəstəlik səbəbindən məhv olur.

Ağacların müəlicəsi ilə bağlı qabaqlayıcı tədbirlər görülür: zeytun ağaclarının quruyan budaqları budanır, dibinə gübrə verilir və onlara xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilir.

Bakıda zeytun ağaclarında xəstəliklər aşkarlanıb
Foto Report.az