Bakıda polis bölməsinə yeni təyinat olub. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Polkovnik-leytenant Nəriman Bayramov 23 ildir çalışdığı Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin rəisi vəzifəsindən azad edilib. O, Səbail RPİ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.
Bu haqda Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.