“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərini yağışdan sonra su basıb. Avtomobil yollarında və mərkəzlərin içində hərəkət etmək mümkün olmayıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Hazırda zəruri tədbirlər görülür.