Ötən illə müqayisədə məktəb ləvazimatlarının qiymətləri 9,8% artıb. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az İqtisadi və Sosial İnkişaf Mərkəzinin mətbuat xidmətinə istinadən məlumat verir.
Qiymət artımının əsas səbəbi xaricdən gətirilən məhsulların bahalaşmasıdır. Beləliklə, idxal inflyasiyası tədris ili ərəfəsində tələb olunan malların qiymətini artırıb.
Həmçinin məktəbli formasına tələbat da artmaqdadır. Bu, əksər təhsil müəssisələrində yeni vahid formanın tətbiqi ilə bağlıdır.
Bununla yanaşı, məktəb ləvazimatları da bahalaşmaqda davam edir. Xüsusən də məktəb çantaları və digər ofis ləvazimatlarının qiymətləri kəskin artıb. Tələb yüksək olduğu üçün bu, qiymətlərdə özünü göstərir. Yaxın günlərdə tələbin daha da artacağı və qiymətlərin də artacağı gözlənilir.