Bakının Xəzər rayonu, Buzovna qəsəbəsinin əsas küçələrində təhlükəsizlik kameraları quraşdırılır. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az məlumat verir.
İşlər Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində həyata keçirilir.
Hazırda Qədəmgah, Naxçıvani və digər mərkəzi küçələrində artıq dirəklər qoyulub, kameralar mövcuddur.Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, statistika göstərir ki, kameralar quraşdırılan ərazilərdə cinayət əməlləri kamera olmayan yerlərə nisbətdə daha az olur. Əgər vətəndaşlar öz məhəllələrində təhlükəsizlik kameralarının quraşdırılmasını istəyirlərsə, DİN-ə müraciət edə bilərlər.