Bakının daha bir küçəsində sürət həddi endirilib. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Səməd Vurğun küçəsində sürət həddi 50 km/saat-a qədər endirilib. Daha öncə həmin küçədə sürət həddi 60 km/saat olub.
Yeniliklə bağlı artıq müvafiq yol nişanları quraşdırılıb.