Bir ayağı amputasiya olunan 65 yaşlı Rəsmiyyə Hacıyeva Ə.D.Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasında vəfat edib. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
İlkin məlumata görə, qadın ürək çatışmazlığından ölüb.
Rəsmiyyə Hacıyeva Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsində oğlu və gəlini ilə birgə yaşayırmış. Antisanitar vəziyyətdə yaşayan yaşlı qadının doğmalarının zorakılığına məruz qaldığı, dilənməyə məcbur edildiyi iddia olunmuşdu.