Heydər Əliyev prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Hadisə metronun “Koroğlu” stansiyası yaxınlığında, yolun şəhər istiqamətində olan hissəsində baş verib. Nəticədə ərazidə sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.