Bakıdan Zərdab rayonunun Təzəkənd kəndində yaşayan nənəsigilə qonaq gedən və Kür çayında batan yeniyetmə qızın meyiti sudan çıxarılıb. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Avqustun 25-də batan 14 yaşlı Əsma Müzəffərlinin meyiti FHN-in əməkdaşları tərəfindən aşkar olunub və aidiyyəti üzrə təhvil verilib.
Bakı sakini Əsma Müzəffərli çayın kənarında şəkil çəkmək istəyərkən ehtiyatsızlıqdan suya düşərək boğulub.