Lerik rayonu, Noda kəndi ərazisində yerləşən mağazadan və içərisindəki ödəmə terminalından oğurluq edən qardaşlar saxlanılıb. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, mağazanın müşahidə kameralarının yaddaş qurğusu sındırılaraq oradan 160 manat pul, 1244 manat dəyərində tütün məmulatları, orada quraşdırılmış ödəmə terminalı sındırılaraq içərisindən 2880 manat pul oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Onların paytaxtın Qaradağ rayon sakinləri Təhməz Dadaşov və qardaşı Bahadır olduqları müəyyən edilib. Tutulanlar barəsində həbs qətimkan tədbiri seçilib.
