Mədəniyyət nazirinin müavini, kinorejissor, ssenarist Vaqif Mustafayev Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bununla bağlı bu gün, 28 avqust tarixində Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bu gün Mustafayevin 70 yaşı tamam olur.
O, həmçinin Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət mükafatı və “Şöhrət”, “Şərəf” ordenləri laureatı, Avrasiya Televiziya Akademiyasının I vitse-prezidenti, Avropa Kino Akademiyasının üzvü, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.