Bakı Metropoliteninin ilk xanım maşinisti tutduğu vəzifədən ayrılıb. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Verilən məlumata görə, Günay Həbiblinin maşınist vəzifasindən getməsinə səbəb mobil telefondan istifadə etməsi olub. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təlimat qaydalarını pozub və mobil telefonla danışıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, ona metroda başqa vəzifədə iş təklif edilib, amma o, həmin təklifi qəbul etməyərək işdən çıxıb.
Günay Həbibli 1 aprel 2019-cu il tarixində maşinist kimi işə başlamışdı.