Bakıdan olan futbolçu Musa Qurbanlı İsveç çempionatında fərqlənib. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az “CBC Sport”a istinadən xəbər verir.

İsveçin “Yurqorden” klubunda çıxış edən azərbaycanlı yerli çempionatda  “Deqefors”a qarşı start heyətdə çıxıb. M.Qurbanlı görüşdə dubl və 1 qolun ötürməsi ilə fərqlənib. Het-trikə yaxın olsa da, millinin üzvü penaltini qola çevirə bilməyib.

Oyun 4:1 hesabı ilə yekunlaşıb.