Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində sürət həddi endirilib. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən məlumat verir.

Küçədə sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

Daha öncə Bakının Səməd Vurğun küçəsində də sürət həddinin endirilməsi barədə məlumat verilmişdi.