Bakının Səbail rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün 26 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Alışma taxta konstruksiyadan ibarət üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 110 kv.m olan 3 otaqlı mənzilin dəhlizində quraşdırılan elektrik lövhəsi, elektrik kabeli yanıb, həmçinin binanın dam örtüyünün taxta atmaları 7 kv.m sahədə alovlanıb.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Mənzilin və binanın qalan hissəsi yanğından mühafizə olunub.